Home » Azərbaycanda vergi ödəyicilərinin sayı 1,69 milyonu ötüb

Azərbaycanda vergi ödəyicilərinin sayı 1,69 milyonu ötüb

by Zeyneb
0 comments 0 views 1 minutes read

Bu il martın 1-nə Azərbaycanda vergi ödəyicilərinin sayı artıb.

Məlumata görə, 2025-ci il martın 1-i ilə müqayisədə vergi ödəyicilərinin sayı 4,9 % artaraq 1 690 311 nəfərə çatıb.

Qeyd olunub ki, vergi ödəyicilərinin 86,8 %-ni fiziki şəxslər, 13,2 %-ni isə hüquqi şəxslər və digər təşkilatlar təşkil edir. Son bir ildə fərdi sahibkarların sayı 4,7 %, idarə, müəssisə və təşkilatların sayı isə 6,3 % artıb.

Bildirilib ki, bu il fevralın sonuna qeydiyyatda olan kommersiya qurumlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 % artaraq 206 250 vahid təşkil edib.

Fevral ayında 1 163 kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onların 91,1 %-i yerli investisiyalı, 8,9 %-i isə xarici investisiyalı qurumlardır. Qeydiyyatdan keçən kommersiya qurumlarının 88 %-i elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) elektron qeydiyyatının xüsusi çəkisi isə 97,4 % olub.

Məlumata görə, dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,1 %-i MMC formasında yaradılıb.

Həmçinin son bir ildə aktiv kommersiya qurumlarının sayı 7,7 % artıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.