Home » Azərbaycanda vətəndaşlara qaytarılan ƏDV-nin məbləği məlum olub

Azərbaycanda vətəndaşlara qaytarılan ƏDV-nin məbləği məlum olub

by ulviyya
0 comment 0 views 1 minutes read

Azərbaycanda “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan bu il martın 1-nə istehlakçılara ümumilikdə 1,4 milyarddan çox kassa çeki üzrə 545,2 milyon manat ƏDV məbləği geri qaytarılıb.

BBN.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə bunun 29,6 milyon manatı 2024-cü ilin yanvar-fevral aylarının payına düşüb.

Alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün edvgerial portalında indiyədək 2,7 milyondan çox istifadəçi qeydə alınıb.

Vətəndaşları pərakəndə ticarət, ictimai iaşə və tibb xidmətləri sahəsində nağdsız ödəmələr aparmasına stimullaşdıran “ƏDV geri al” layihəsinin reallaşdırılması nəticəsində sözügedən sektorlarda nağdsız ödəmələrin xüsusi çəkisi əhəmiyyətli şəkildə yüksəlib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.