0

Bu ilin yanvar ayında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 17,4 milyon manat kredit verilib.
BBN.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü müqayisədə 17,9 % azdır.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 7,7 % artaraq 19,6 milyon manat olub.
İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği və Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği 100 % azalıb.





