0

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 217,9 milyon ton yük daşıyıb.
BBN.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,2 milyon ton və ya 2 % çoxdur.
Bu ilin 11 ayında qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi isə 3,3 % artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 80 % təşkil edib.







