
2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda əsas kapitala 2 milyard 436,4 milyon manat investisiya yönəldilib.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 19,4 % çoxdur.
Hesabat dövründə neft-qaz sektoruna yönəldilmiş investisiyalar 51,4 %, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyalar isə 5,1 % artıb.
İstifadə olunmuş investisiyanın 1 milyard 434 milyon manatı (58,9 %) məhsul istehsalı sahələrinə, 794,7 milyon manatı (32,6 %) xidmət sahələrinə, 207,7 milyon manatı (8,5 %) isə yaşayış evlərinin tikintisinə yönəldilib.
Əsas kapitala yatırılan investisiyaların 1 milyard 781,6 milyon manatı (73,1 %) daxili investisiyaların payına düşüb. Bununla yanaşı, 1 milyard 298,4 milyon manat (53,3 %) vəsait bilavasitə tikinti-quraşdırma işlərinə sərf olunub.




