
2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan ABŞ-yə köçürülmüş fiziki şəxslərin pul baratlarının həcmi artıb.
BBN.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, 9 ayda fiziki şəxslər tərəfindən ABŞ-yə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10 milyon 715 min dollar və ya 23,8% daha çox pul köçürülüb.
Bununla da ABŞ-yə köçürmələrin ümumi həcmi 55 milyon 706 min dollara çatıb. 2024-cü ilin ilk 9 ayında bu göstərici 44 milyon 991 min dollar təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan ən çox pulun köçürüldüyü birinci ölkə (28,9% payla) Türkiyə olub.







