Home » Azərbaycandan xaricə turist axını 3% azalıb

Azərbaycandan xaricə turist axını 3% azalıb

by yunus
0 comments 0 views 1 minutes read

Bu ilin yanvar-iyul aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 1188,9 min nəfər olub.

BBN.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz azdır.

İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 0,8 faiz, Gürcüstana gedənlərin sayı 25,9 faiz artmış, Türkiyəyə gedənlərin sayı 4,2 faiz, Rusiya Federasiyasına gedənlərin sayı isə 28,5 faiz azalmışdır. Azərbaycan Respublikası vətəndaşlarının 40,6 faizi Türkiyəyə, 15,7 faizi Rusiya Federasiyasına, 11,2 faizi Gürcüstana, 8,9 faizi İrana, 23,6 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 64,7 faizini kişilər, 35,3 faizini qadınlar təşkil edib.

Yanvar-iyul aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 69,8 faizi hava, 28,2 faizi dəmir yolu və avtomobil, 2,0 faizi isə dəniz nəqliyyatından istifadə edib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.