Home » Azərbaycanın İtaliyaya investisiyaları 2,5 milyard avroya çatır

Azərbaycanın İtaliyaya investisiyaları 2,5 milyard avroya çatır

by Zeyneb
0 comments 1 views 1 minutes read

Azərbaycanın İtaliyaya yatırdığı investisiyaların həcmi təxminən 2,5 milyard avro təşkil edir.

BBN.az xəbər verir ki, bu barədə Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov Romada keçirilən “Qafqazdan Aralıq dənizinə” adlı konfransda bildirib.

Diplomat xatırladıb ki, ötən il Azərbaycan Dövlət Neft Fondu (ARDNF) İtaliyanın infrastruktur sektoruna investisiya yatırıb və bu, ilk belə addım olub.

Bundan əlavə, bərpa olunan enerji sektorunda ARDNF vasitəsilə İtaliyada layihələr həyata keçirən Enfinity Global Inc. şirkətinin təxminən 50 %-i əldə edilib. İnvestisiyalar hesabına Emiliya-Romanya və Latsio regionlarında ümumi gücü 400 MVt olan günəş elektrik stansiyaları tikilir.

Səfir vurğulayıb ki, hazırda İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Onun sözlərinə görə, Azərbaycanın ümumi ticarət dövriyyəsinin 65 %-i İtaliyanın payına düşür, bunun da 45 %-i enerji sektorunun payıdır.

Hazırda Azərbaycan İtaliyanın bir nömrəli neft və iki nömrəli təbii qaz təchizatçısıdır. İtaliyanın qaza olan tələbatının 17 %-i Azərbaycandan edilən təchizat hesabına ödənilir.

R.Aslanov qeyd edib ki, 2026-cı ilin yanvarından etibarən İtaliya yalnız qaz qəbul edən ölkə deyil, eyni zamanda tranzit ölkəyə çevrilib. Belə ki, Azərbaycan qazının AlmaniyaAvstriyaya çatdırılmasına başlanılıb. Onun sözlərinə görə, bu, son 10 ildə görülən işlərə əlavə dəyər qatır.

Mənbə: Report.az

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.