1
Azərbaycanın ümumi ixracının dəyəri bu ilin yanvar ayında 1,8 milyard ABŞ dolları, o cümlədən qeyri-neft sektoru üzrə ixracının dəyəri isə 222 milyon ABŞ dolları təşkil edib.
BBN.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə ixrac 22 % azalıb.
2023-cü ildə Azərbaycan 3,3% milyard ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac etmişdi və bu 2022-ci ilə nisbətən 9,8% çoxdur.