
Azərbaycan və “VISA” şirkəti arasında müasir maliyyə həllərinin genişləndirilməsi ilə bağlı Anlaşma Memorandumu imzalanıb. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsində məlumat verib.
Trend xəbər verir ki, nazir “VISA” şirkətinin MDB, Şərqi və Cənub-Şərqi Avropa ölkələri üzrə baş vitse-prezidenti Kristina Doroş ilə görüşdüyünü bildirib.
Görüşdə əməkdaşlıq imkanları, rəqəmsal ödəniş ekosisteminin inkişafı və kiçik və orta bizneslərə dəstək mexanizmləri müzakirə olunub.
İqtisadiyyat Nazirliyinin “VISA” ilə imzaladığı Anlaşma Memorandumu ölkədə müasir maliyyə həllərinin genişləndirilməsinə və maliyyə inklüzivliyinin təşviqinə xidmət edəcək, – M. Cabbarov qeyd edib.







