
“AzərEnerji” ASC 49,3 milyon manatlıq “Novxanı” yarımstansiyasının tikintisi ilə bağlı satınalma həyata keçirir.
BBN.az xəbər verir ki, “AzərEnerji” Açıq Tipli Səhmdar Cəmiyyəti 220/110 kV-luq “Novxanı” yarımstansiyasının tikinti işlərinin icrası məqsədilə satınalma proseduru həyata keçirib.
Məlumata görə, satınalma üzrə işləri “Electro Industries” Qapalı Səhmdar Cəmiyyəti yerinə yetirəcək. Layihənin ümumi dəyəri 49 302 552 manat təşkil edir.
Qeyd edək ki, layihə enerji infrastrukturunun gücləndirilməsinə və elektrik enerjisinin ötürülməsində etibarlılığın artırılmasına xidmət edir.







