Home » “Azərpoçt” MMC-nin Baş direktoru Türkiyənin PTT rəhbəri ilə onlayn görüş keçirib

“Azərpoçt” MMC-nin Baş direktoru Türkiyənin PTT rəhbəri ilə onlayn görüş keçirib

by bbnadm
0 comments 0 views 1 minutes read

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC-nin Baş direktoru Əfqan Cəlilovla Türkiyə Dövlət Poçt və Teleqraf Təşkilatının (PTT) Baş müdiri Hakan Gülten arasında onlayn görüş keçirilib.

Bildirilib ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində ötən ilin mart ayından bir sıra ölkələr arasında hava nəqliyyatı əlaqələri məhdudlaşdırılıb. Bu çətin dövrdə belə “Azərpoçt” və PTT qarşılıqlı əməkdaşlığı dayandırmayıb. Əksinə, aparılan danışıqlar nəticəsində poçt mübadiləsi həyata keçirilib və işlər bu gün də uğurla davam etdirilir.

Görüşdə iki qurum arasında poçt və maliyyə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Mal tərkibli beynəlxalq poçt göndərişlərinin qarşılıqlı mübadiləsi və pul köçürmə sistemi üzrə görülən işlərin əhəmiyyəti vurğulanıb.

“Azərpoçt” MMC və PTT rəhbərlərinin görüşündə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.