Home » Bərdədə Aqrar İnnovasiyalar Festivalı keçirilib

Bərdədə Aqrar İnnovasiyalar Festivalı keçirilib

by Aytac
0 rəy 3 baxış 1 dəqiqə oxuma

Bərdədə keçirilən Aqrar İnnovasiyalar Festivalında KOBİA tərəfindən aqrar sahədə biznesin qurulması və inkişafına göstərilən dəstək və xidmətlər barədə məlumat verilib.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin və Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə növbəti Aqrar İnnovasiyalar Festivalı Bərdə rayonunda keçirilib. Bərdə Peşə Liseyində baş tutan festival kənd təsərrüfatı sahəsinin inkişafına töhfə vermək, aqrar sahə ilə peşə təhsili sektoru arasında mövcud əlaqələrin gücləndirilməsi məqsədilə təşkil edilib.

Tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) də öz stendi ilə təmsil olunub. Stenddə festival iştirakçılarına Agentlik tərəfindən aqrar sahədə biznesin qurulması və inkişafına göstərilən dəstək və xidmətlər barədə məlumat verilib, KOB subyektləri bu dəstəklərdən yararlanmağa dəvət olunublar.

Qeyd edək ki, festivalda Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumları, Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyindəki bir sıra peşə təhsil müəssisələri, 80-dən çox yerli və xarici şirkət, həmçinin müxtəlif layihə və startaplar iştirak edib. Tədbir çərçivəsində fermerlər üçün təlimlər və məlumat ssesiyaları təşkil olunub.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.