Home » Bacarıqların proqnozu və işçi qüvvəsinin planlaşdırılması ilə bağlı texniki yardım layihəsi üzrə görüş keçirilib

Bacarıqların proqnozu və işçi qüvvəsinin planlaşdırılması ilə bağlı texniki yardım layihəsi üzrə görüş keçirilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Avropa İttifaqının “Texniki Əməkdaşlıq Aləti” çərçivəsində maliyyələşən “Bacarıqların proqnozu və işçi qüvvəsinin planlaşdırılması sahəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin potensialının gücləndirilməsi” texniki yardım layihəsi üzrə nazirlikdə görüş keçirilib.

Layihə üzrə müqavilənin imzalandığı İBF Beynəlxalq Konsaltinq Şirkətinin nümayəndələri ilə keçirilən görüşdə ölkəmizdə əmək, məşğuluq, sosial müdafiə və sosial təminat sahələrində aparılan islahatlar barədə məlumat verilib. Qeyd edilən layihənin önəmindən bəhs olunub, layihə üzrə nəzərdə tutulan iş istiqamətləri diqqətə çatdırılıb.

Bacarıqların proqnozu və işçi qüvvəsinin planlaşdırılması sahəsində fəaliyyətin təkmilləşdirilməsinə və bu sahədə aparılan islahatlara dəstəyin göstərilməsi istiqamətində əməkdaşlıq müstəvisində görüləcək işlər müzakirə olunub.  

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.