Home » Bakcell Bakının mərkəzi ərazilərində 5G-ni təqdim edib!

Bakcell Bakının mərkəzi ərazilərində 5G-ni təqdim edib!

by bbnadm
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Bakcell şirkəti 5G texnologiyasının tətbiqini elan edib. Artıq Bakcell abunəçiləri Bakının bir neçə nöqtəsində – Fəvvarələr Meydanında, Xaqani bağında (Molokan bağı)i və “Dəniz Mall” ərazisində qurulmuş 5G test şəbəkəsindən istifadə edə bilərlər.

5G ultrasürətli və sabit internet təqdim edən yeni nəsil mobil şəbəkə texnologiyasıdır.

Hazırda “Bakcell”in 5G şəbəkəsini Huawei, Xiaomi, OnePlus, Poco və Vivo smartfonları dəstəkləyir. Bu telefonların sahibləri 5G şəbəkəsinin mövcud olduğu ərazilərdə olarkən *501*1# kodunu yığmaqla “Bakcell”dən 5GB həcmində hədiyyə balans da qazana bilərlər. Həmin trafiki 1 saat ərzində 5G sınaqları keçirilən ərazilərdə istifadə etmək olar.

5G vasitəsilə dron texnologiyalarının tətbiqi nəticəsində kənd təsərrüfatında səmərəlilik misli görülməmiş formada artacaq. Ən son cihazların genişmiqyaslı istifadəsi ilə səhiyyədə xəstəliklərin daha erkən diaqnozu və kütləvi monitorinqi mümkün olacaq. 5G “ağıllı” kənd və şəhərlərin, pilotsuz nəqliyyat vasitələrinin istifadəsini yeni zirvələrə qaldıracaq.

Qeyd edək ki, Bakcell şəbəkəsi Ookla® tərəfindən “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” kimi tanınır.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.