Home » Bakı Ali Neft Məktəbində “Huawei” şirkətinin laboratoriyası fəaliyyətə başlayıb

Bakı Ali Neft Məktəbində “Huawei” şirkətinin laboratoriyası fəaliyyətə başlayıb

by khayale
0 rəy 3 baxış 1 dəqiqə oxuma

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Bakı Ali Neft Məktəbində (BANM) Çin Xalq Respublikasının “Huawei” şirkətinin Kompüter şəbəkələri laboratoriyası istifadəyə verilib.

Açılış mərasimində çıxış edən BANM-in rektoru Elmar Qasımov laboratoriyanın Bakı Ali Neft Məktəbi və “Huawei” şirkəti arasında 2019-cu ildə yaradılmış əməkdaşlıq çərçivəsində şirkətin dəstəyi ilə qurulduğunu vurğulayıb. Ali Məktəblə birgə fəaliyyət göstərən “Huawei” ICT Akademiyasının dərslərinin də bu laboratoriyada tədris olunacağı bildirilib.

SOCAR-ın Kommunikasiya məsələləri üzrə icraçı direktoru Aygün Hüseynova laboratoriyanın açılmasının SOCAR rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini, rəqəmsallaşmanın SOCAR-ın 2035-ci ilədək Korporativ Strategiyasında şirkətin prioritet inkişaf istiqamətlərindən biri olduğunu qeyd edib. Aygün Hüseynova ötən il SOCAR nümayəndə heyətinin Çin Xalq Respublikasına səfərini məmnunluqla xatırladaraq, səfər çərçivəsində bir sıra görüşlərin keçirildiyini, o cümlədən “Huawei” rəhbərliyi ilə səmərəli danışıqların aparıldığını diqqətə çatdırıb.

Çıxış edən Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin müşaviri Din Tao ölkələrimiz arasındakı münasibətlərin sürətli inkişafından, Çin şirkətlərinin Azərbaycandakı fəaliyyətindən bəhs edib.

“Huawei” Azərbaycan şirkətinin baş meneceri David Hyu laboratoriyanın fəaliyyətə başlamasını uğurlu əməkdaşlığın bariz nümunəsi kimi dəyərləndirib.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə olaraq BANM-də yaradılan bu laboratoriya şəbəkələr, şəbəkə proqramlarının əsasları və informasiya təhlükəsizliyi üzrə dərsləri tədris etmək üçün mühüm platformadır.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.