Home » Bakı Fond Birjası Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) təşkil etdiyi tədbirdə “Bizneslər üçün alternativ maliyyələşmə: Kapital bazarlarının hansı üstünlükləri var?” mövzusunda çıxış edib

Bakı Fond Birjası Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) təşkil etdiyi tədbirdə “Bizneslər üçün alternativ maliyyələşmə: Kapital bazarlarının hansı üstünlükləri var?” mövzusunda çıxış edib

by Zeyneb
0 comments 0 views 1 minutes read

23 sentyabr 2025-ci il tarixində Bakı Fond Birjası AHK Azərbaycan Maliyyə Xidmətləri İşçi Qrupunun baş tutmuş görüşündə “Bizneslər üçün alternativ maliyyələşmə: Kapital bazarlarının hansı üstünlükləri var?” mövzusunda çıxış edib.

Tədbirdə Bakı Fond Birjasının (BFB) Baş Listinq məsləhətçisi Fərhad Mənsurov Azərbaycanda mütəşəkkil kapital bazarı, investisiya imkanları və yerli bazar alətləri haqqında təqdimatla çıxış edib. Eyni zamanda, BFB-nin Baş Listinq məsləhətçisi Fərhad Mənsurov AHK Azərbaycan Maliyyə Xidmətləri İşçi Qrupunun sədri İlkin Quliyev ilə birgə yerli bizneslərin digər maliyyələşmə və kapital bazarları vasitəsilə maliyyələşmə arasında olan fərqlər və hər birinin üstünlükləri mövzusunda diqqət çəkən fikir mübadiləsini aparıblar. Sonda bazar şəffaflığının və investorların inamının artırılması istiqamətində tənzimləyici islahatların davam etdirilməsinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, yerli kapital bazarında Bakı Fond Birjasının əsas hədəflərindən biri emitentlərin daha geniş investor bazarına çıxışını təmin etmək, şəffaflığı artırmaq, maliyyə savadlılığını təşviq etmək və bazar iştirakçılığını gücləndirməklə maliyyə bazarlarında daha əlçatan mühit yaratmaqdır.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.