Home » Bakı Fond Birjası Azərbaycanda kapital bazarlarının inkişafına həsr olunmuş beynəlxalq forumda iştirak edib

Bakı Fond Birjası Azərbaycanda kapital bazarlarının inkişafına həsr olunmuş beynəlxalq forumda iştirak edib

by Zeyneb
0 comments 1 views 1 minutes read

10 fevral 2026-cı il tarixində Bakı Fond Birjası (BFB) Asiya İnkişaf Bankı (AİB), “ABB-Invest İnvestisiya Şirkəti” QSC və “Unicapital İnvestisiya Şirkəti” ASC tərəfindən birgə təşkil edilən, Azərbaycanda kapital bazarlarının inkişafına həsr olunmuş beynəlxalq forumda iştirak edib.

Forum çərçivəsində baş tutan “Azərbaycanın Kapital Bazarı: Artan Maliyyələşmə İmkanı” adlı paneldə Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov çıxış edərək kapital bazarları infrastrukturunun hazırlıq səviyyəsi, rəqəmsal transformasiya, emitentlərin bazara çıxış imkanlarının genişləndirilməsi və bazar iştirakçılarının dəstəklənməsi istiqamətində görülən işlər barədə fikirlərini bölüşüb.

Tədbirin əsas məqsədi kapital bazarının inkişafı üçün əlavə imkanların yaradılması, qlobal və regional trendlərin müzakirəsi, eləcə də Azərbaycanda kapital bazarını formalaşdıran tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsinə təkan vermək olub.

Bakı Fond Birjası kapital bazarlarının dərinləşdirilməsi və beynəlxalq təcrübənin tətbiqi istiqamətində təşəbbüslərdə fəal iştirakını davam etdirir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.