
Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) “Kəpəz” MMC bank olmayan kredit təşkilatının (BOKT) 1 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BBN.az xəbər verir ki, bu barədə BFB məlumat yayıb.
Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 10 000 ədəd istiqraz kütləvi hərrac üsulu ilə yerləşdirilib. İstiqrazlara 52 investor tərəfindən ümumilikdə 1 milyon manat məbləğində 52 sifariş təqdim olunub. Nəticədə yerləşdirmə tam baş tutub.
Qiymətli kağızlar 24 ay müddətində tədavüldə olacaq. İstiqrazların illik gəlirliliyi 15% təşkil edir və faiz ödənişləri aylıq qaydada həyata keçiriləcək.
Prosesin anderrayteri Troni İnvestisiya Şirkəti QSC-dir.
Bildirilib ki, emitentin tədavül müddəti ərzində istiqrazları geri alması nəzərdə tutulmayıb.





