Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bakı Fond Birjası ilə JET Group Ltd. arasında Listinq Məsləhət Proqramı çərçivəsində müqavilə imzalanıb - BBN

Bakı Fond Birjası ilə JET Group Ltd. arasında Listinq Məsləhət Proqramı çərçivəsində müqavilə imzalanıb

Bakı Fond Birjası ilə Listinq Məsləhət Proqramı (LMP) çərçivəsində əməkdaşlıq edən JET Group Ltd. şirkətinin Azərbaycan kapital bazarına çıxışı istiqamətində hazırlıq işləri davam etdirilir. Eyni zamanda Bakı Fond Birjasının iştirakı ilə JET Group Ltd. üçün yerli kapital bazarında fəaliyyət göstərən aparıcı investisiya şirkətləri ilə görüşlər təşkil edilib.

Şirkət xarici hüquqi şəxs olduğundan, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən ölkə ərazisində istiqraz emissiyasının həyata keçirilməsi üçün təmin edilmiş istiqraz buraxılışı tələb olunur. Bu çərçivədə istiqraz emissiyasının təminatının yerli bank tərəfindən təqdim edilməsi nəzərdə tutulur.

Xatırladaq ki, Listinq Məsləhət Proqramı (LMP) şirkətlərə birjada səhm və ya istiqraz yerləşdirməklə (listinq) maliyyələşməyə dəstək göstərən məlumat və məsləhət xidmətləri proqramıdır. Məqsəd, şirkətlərin kapital bazarlarına çıxışını asanlaşdırmaq, onlara birja proseslərini öyrətmək və alternativ maliyyə mənbələri tapmaqda yardım etməkdir.

JET Group Ltd. 2021-ci ildə Qazaxıstanda təsis edilmiş Latın Amerikası, Mərkəzi Asiya və Qafqaz regionlarını əhatə edən elektrik skuterlərinin paylaşımı (kicksharing) xidmətləri sahəsində fəaliyyət göstərən aparıcı beynəlxalq mikromobillik şirkətlərindən biridir. Şirkət hazırda Qazaxıstan, Braziliya, Azərbaycan, Gürcüstan, Özbəkistan, Çili və Meksikada milyonlarla istifadəçiyə xidmət göstərərək regionun ən sürətlə inkişaf edən mikromobillik platformalarından biri kimi tanınır.

2023-cü ildən etibarən Astana Beynəlxalq Birjasında (AIX) bir neçə istiqraz emissiyasını, o cümlədən beynəlxalq dayanıqlı maliyyələşmə prinsiplərinə uyğun yaşıl istiqraz buraxılışını uğurla həyata keçirmiş “JET Group Ltd.” növbəti maliyyələşmə mərhələsində Azərbaycan kapital bazarını prioritet istiqamətlərdən biri kimi qiymətləndirir. Şirkət Bakı Fond Birjası vasitəsilə yerli kapital bazarına çıxış əldə etməkdə yüksək maraqlı olduğunu ifadə etmiş və bu istiqamətdə zəruri hazırlıq prosesinə fəal şəkildə başlamışdır.

Related posts

Azərbaycanda çevik iş rejiminə keçidlə bağlı yeni model tətbiq olunacaq

İqtisadiyyat nazirinin müavini BVF-nin Azərbaycan üzrə missiya rəhbəri ilə görüşüb

Azərbaycan nefti bahalaşıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı