Home » Bakı Fond Birjası ilə bağlı statistika – yanvar-iyul

Bakı Fond Birjası ilə bağlı statistika – yanvar-iyul

by anar
0 comments 8 views 1 minutes read

Bakı Fond Birjasında (BFB) 2023-cü ilin yanvar-iyul ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 9,777,082,198 manat təşkil etmişdir və ötən ilin müvafiq dövrü ilə müqayisədə 19% böyümə qeydə alınmışdır.

BBN.az-a BFB-dən verilən məlumata əsasən nəticə olaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızaların ilkin bazarı üzrə ticarət həcmində 27%, korporativ qiymətli kağızların təkrar bazarı üzrə isə 39% böyümə qeydə alınmışdır, repo əməliyyatları üzrə 61% artım olmuşdur.

O cümlədən, ötən il ilə müqayisədə korporativ qiymətli kağızların repo əməliyyatların bazarı üzrə 9 dəfə artım qeydə alınmışdır.

2023-cü ilin iyul ayının son ticarət günü üzrə səhm bazar kapitalizasiyası  4,900,144,490 manat təşkil etmiş və ötən ilin son ticarət günü ilə müqayisədə 20% böyümə qeydə alınmışdır.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.