Home » “Bakı Fond Birjası” QSC-nin Ticarət və Üzvlük Qrupuna “Ticarət və Sistem inkişafı üzrə mütəxəssis” vəzifəsinə vakansiya elan edilir

“Bakı Fond Birjası” QSC-nin Ticarət və Üzvlük Qrupuna “Ticarət və Sistem inkişafı üzrə mütəxəssis” vəzifəsinə vakansiya elan edilir

by anar
0 comment 1 views 2 minutes read

“Bakı Fond Birjası” QSC-nin Ticarət və Üzvlük Qrupuna “Ticarət və Sistem inkişafı üzrə mütəxəssis” vəzifəsinə vakansiya elan edilir.

Vəzifə: Bakı Fond Birjası QSC-də Ticarət və Sistem inkişafı üzrə mütəxəssis

İşin qısa təsviri: Ticarət və Sistem inkişafı üzrə mütəxəssis yeni və mövcud maliyyə alətlərinin, qiymətli kağızlar infrostrukturu üzrə dizaynı, optimizasiyanı, və testləri həyata keçirir. İstifadəçilərin kriteriyalarına və şirkətin maliyyə alətləri üzrə müəyyən etdiyi xüsusissətlərə cavab verməsini yoxlayır və təmin edir. Vəzifə özündə digər qrup, struktur- bölmələr və komanlalarla sıx-tərafdaşlıq həyata keçirməklə bazar yönümlü ticarət platformasının inkişafını əhatə edir.

İş üzrə tələblər: Namizədin, ticarət platforması və kapital bazarları sahəsində məhsul sahibi və ya “tester” vəzifəsində iş təcrübəsi arzuolunandır.

Mühim tələblər və bacarıqlar: Kapital bazarları və alətləri, ticarət platformaları və investisiya alətləri və onların işləmə prinsipləri üzrə biliklər. Ticarət sistemləri və platformaların işləmə prinsiplərinə bələd olmaq və onlar üzrə testlərin həyata keçirilməsi üzrə təcrübəyə sahib olmaq.

İş təcrübəsi: Namizədin ticarət platformaları sahəsi yaxud kapital bazarları sahəsində məhsul sahibi yaxud “tester” vəzifəsində iş təcrübəsi arzuolunandır.

Dil bilikləri: Effektiv kommunikasiyanın təşkil olunması üçün namizədin ingilis dilində yüksək yazı və danışıq bacarıqlarının olması şərtdir.

Kompüter bacarıqları: Proqram təminatının test olunması, texniki sənədləşmə və məhsulun idarə edilməsi üzrə proqram bilikləri vacibdir.

Arzuolunan tələblər: Sahə üzrə müvafiq sertfikatlar, kapital-maliyyə bazarları üzrə təcrübə, nəzarətedici, bazar araşdırması, problem həll etmə, təqdimat bacarıqları və analitik alətlərlə işləmək bacarıqları arzuolunandır.

Əlavə qeydlər: Davamlı öyrənmək istəyi, yeni ideya və konseptləri tez qavramaq və təşəbbüskarlıq bacarıqları vəzifə üçün zəruridir.

Qeyd: Vakansiya ilə bağlı namizədlərin CV-ləri elan yerləşdirildiyi tarixdən etibarən 7 iş günü ərzində career@bse.azelektron ünvanında qəbul ediləcəkdir.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.