0
![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
Bakı Fond Birjası tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırılmaqla repo əqdləri üzrə faiz indekslərinin hesablanmasını tənzimləyən “Repo bazarında bağlanılan əqdlər üzrə indekslərin hesablanması və açıqlanması Qaydaları” hazırlanmışdır və 1 sentyabr 2022-ci il tarixindən qüvvəyə minmişdir.
Qaydalara əsasən birja tərəfindən gündəlik əsasda banklar arasında bağlanan repo əqdləri üzrə 1 günlük, 1 həftəlik və 2 həftəlik indekslərin hesablanması və Bakı Fond Birjasının internet səhifəsində açıqlanması nəzərdə tutulur.