Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bakı Fond Birjası “Tabadul” platformasına qoşulmağa hazırlaşır - BBN

Bakı Fond Birjası “Tabadul” platformasına qoşulmağa hazırlaşır

“Bakı Fond Birjası” QSC (BFB) gələn ilin əvvəlində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi Fond Birjasına məxsus “Tabadul” rəqəmsal platformasına qoşulmağı planlaşdırır.

Bunu BFB-nin İdarə Heyətinin sədri Ruslan Xəlilov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda yerli brokerlərin platformaya qoşulması üzrə testlər aparılır. Texniki qoşulmaların müəyyən hissəsinin artıq icra mərhələsində olduğunu deyən R.Xəlilov ilin sonuna qədər baza testlərinin yekunlaşdırılmasının planlaşdırıldığını qeyd edib.

“Gələn ilin əvvəlində birinci ticarətin olmasını, yəni “Go Live”ı mümkün qədər tezləşdirməyə çalışırıq”, – deyə o bildirib.

BFB sədrinin sözlərinə görə, layihənin tam icrası üçün qanunvericiliklə bağlı bəzi məsələlərin də həll olunması tələb olunur. Hazırkı qanunvericiliyə əsasən, “remote broker” Azərbaycanda nümayəndəliyi olmadan ölkədə ticarət apara bilməz.

R.Xəlilov qeyd edib ki, bu məsələyə hazırda baxılır və qanunvericiliyə dəyişiklik edildikdən sonra imkanın yaradılması gözlənilir. Bununla yanaşı, Azərbaycan brokerlərinin “Tabadul” platformasında ticarət aparması üzrə testlər davam etdirilir.

Mənbə: Report.az

Related posts

KOBİA daha 10 sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verib

“Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazları tam yerləşdirilib

“S&P”ABİF-in kredit reytinqləri üzrə illik baxış keçirib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı