Home » Bakı Fond Birjası UNDP-nin (Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı) tədbirində iştirak etmişdir

Bakı Fond Birjası UNDP-nin (Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı) tədbirində iştirak etmişdir

by ulviyya
0 rəy 2 baxış 1 dəqiqə oxuma

12 dekabr 2023-cü il tarixində Bakı Fond Birjasının əməkdaşları UNDP (Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı) təşkil etdiyi “Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsipləri” təcrübə mübadiləsi tədbirində iştirak etmişdir.

Tədbir zamanı özəl sektorda gender bərabərliyinin tövhələri, gender boşluqlarının azaldılmasına dair təşəbbüslər, qadın səlahiyyətlərini artırılmasında ticarət palatalarının rolu və digər mövzularda geniş müzakirələr aparılmışdır.

Qeyd edək ki, Bakı Fond Birjası cari ilin fevral ayında BMT-nin Qadın Agentliyi və BMT Qlobal Sazişinin təşəbbüsü ilə irəli sürülən Qadınların Səlahiyyətlərinin Artırılması Prinsipləri “Qadınların səlahiyyətlərinin artırılması prinsipləri” WEPs (Women Empowerment Principles) təşəbbüsünə qoşulmuşdur. Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsipləri (WEPs) Azərbaycanda BMT-nin İnkişaf Proqramının Cənubi Qafqazda Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması layihəsi (WEESC II) çərçivəsində həyata keçirilir. Layihə İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi və Avstriya İnkişaf Agentliyi tərəfindən maliyyələşir. Layihənin əsas hədəflərindən biri BMT-nin “UN Women”/“UN Global Compact” strukturlarının Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi prinsipləri (“Bərabərlik biznes deməkdir!”) haqqında məlumatlılığı artırmaq məqsədilə şirkətlərə texniki dəstək təmin etməkdir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.