Home » Bakı Fond Birjası və PwC Kapital Bazarları və IPO-lara həsr olunmuş seminar keçirib

Bakı Fond Birjası və PwC Kapital Bazarları və IPO-lara həsr olunmuş seminar keçirib

by Zeyneb
0 comments 1 views 1 minutes read

22 yanvar 2026-cı il tarixində Bakı Fond Birjası (BFB) PwC ilə tərəfdaşlıq çərçivəsində “Kapital Bazarları və IPO-lar: İnkişafa aparan yol” mövzusunda seminar təşkil edib. Tədbirdə özəl sektorun nümayəndələri, investisiya şirkətləri və kapital bazarı üzrə peşəkarlar iştirak edərək alternativ maliyyələşmə alətləri və kapital bazarları vasitəsilə inkişaf imkanlarını müzakirə ediblər.

Tədbir Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov və “PwC Azərbaycan” şirkətinin ölkə üzrə İdarəedici Partnyor, Şaukat Tapianın açılış nitqləri ilə başlayıb. Çıxışlar zamanı kapital bazarlarının dayanıqlı biznes inkişafının dəstəklənməsində, maliyyələşmə mənbələrinin şaxələndirilməsində və Azərbaycanda şəffaf, dayanıqlı maliyyə ekosisteminin formalaşdırılmasında oynadığı mühüm rol vurğulanıb.

Seminar çərçivəsində kapital bazarı maliyyələşməsinin əsas aspektlərini əhatə edən iki panel müzakirəsi təşkil olunub.

Birinci panel — “Alternativ maliyyələşmə mənbələri kimi istiqraz bazarı: üstünlüklər və məhdudiyyətlər” mövzusunda istiqraz buraxılışının maliyyələşmə aləti kimi rolu müzakirə edilib, yerli və beynəlxalq təcrübələr arasında paralellər aparılıb. Panel zamanı şirkətlər üçün istiqraz buraxılışının üstünlükləri, emitentlər üçün praktik məqamlar və bazar iştirakçıları arasında maliyyə savadlılığının artırılmasının əhəmiyyəti ön plana çəkilib.

İkinci panel — “IPO bazarı: Şirkətlər niyə açıq bazara çıxmalıdır?” mövzusunda şirkətlərin kütləvi təklifə hazırlıq səviyyəsi və qarşılaşdıqları çağırışlara həsr olunub. Çıxışçılar regionda, o cümlədən Özbəkistan və Qazaxıstanda uğurlu IPO-dan əldə olunan təcrübələri bölüşüb, güclü korporativ idarəetmənin bazara hazırlıq və investor etimadının artırılmasında həlledici rolunu vurğulayıblar.

Panel müzakirələri PwC-nin beynəlxalq ekspertləri ilə yanaşı, yerli investisiya şirkətlərinin nümayəndələri və Bakı Fond Birjasının mütəxəssisləri tərəfindən aparılıb ki, bu da qlobal yanaşmalarla yerli bazar təcrübələrinin balanslı şəkildə müzakirəsinə imkan yaradıb.

Tədbir kapital bazarlarının uzunmüddətli iqtisadi artımı dəstəkləməsi, maliyyə resurslarına çıxışın genişləndirilməsi və Azərbaycanda investisiya mühitinin gücləndirilməsi mövzularında dialoq üçün mühüm platforma rolunu oynayıb. Bakı Fond Birjası və PwC biznes ictimaiyyəti arasında kapital bazarı alətləri üzrə maarifləndirmənin artırılması, institusional potensialın gücləndirilməsi və praktiki biliklərin inkişafına yönəlmiş birgə təşəbbüslərin davam etdiriləcəyini bir daha təsdiqləyiblər.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.