Home » Bakı Fond Birjası yenilənmiş Listinq Qaydalarını ictimaiyyətə açıqlayır

Bakı Fond Birjası yenilənmiş Listinq Qaydalarını ictimaiyyətə açıqlayır

by yunus
0 comments 0 views 1 minutes read

Bakı Fond Birjası “Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları” nda dəyişikliklər etdiyini rəsmi olaraq elan edir.

Yenilənmiş qaydalar emitentlər, investorlar və birja iştirakçıları üçün daha şəffaf, sadələşdirilmiş və beynəlxalq standartlara uyğun bir çərçivə təqdim edir.

Əsas dəyişikliklər aşağıdakıları əhatə edir:

Listinq seqmentinə alınma və listinqdə saxlanma tələblərinin təkmilləşdirilməsi – yenilənmiş tələblər kapital bazarının inkişafına, bazarın dərinliyinin artmasına, təkrar bazar likvidliyinin təmin olunmasına və yeni emitentlərin cəlb edilməsinə xidmət edir.

Yeni İnkişaf Bazar seqmentinin tətbiqi – real sektordan olan (qeyri-maliyyə) şirkətlərin sərbəst tədavül həcminə malik səhmlərini Birjada emissiya etməsinə və təkrar bazarda ticarətini həyata keçirməsinə imkan yaradılır.

Açıqlanma tələblərinin gücləndirilməsi – listinqdə olan şirkətlər üçün müntəzəm olaraq açıqlanmalı olan məlumatlar və hesabatlara dair tələblər strukturlaşdırılır.

Delistinq prosedurlarının tənzimlənməsi – investorların maraqlarının qorunması baxımından delistinq əsasları və prosedur tələbləri aydınlaşdırılır.

Yenilənmiş qaydalar 6 may 2026-cı ildən qüvvəyə minəcək. Sənədin tam mətni BFB-nin rəsmi saytının Qaydalar bölməsindən əldə edilə bilər.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.