11 iyun 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə AccessBank QSC-nin buraxılış həcmi 2,500,000 (iki milyon beş yüz min) ABŞ dolları olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
AccessBank QSC -nin istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə 14 Iyun 2024-cü il tarixində həyata keçiriləcək.
Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı | ACCESSBANK QSC |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2006004280 |
İstiqrazın növü və forması | İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı |
Ticarət üsulu | Rəqabətli hərrac |
İstiqrazın sayı | 2500 (ədəd) |
İlkin ticarət qiyməti | 1,000 ABŞ dolları |
Buraxılış həcmi | 2,500,000 ABŞ dolları |
İllik gəlirlilik faizi | 6% |
Ödəmə Periodu | Hər 3 ayda bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) |
Tədavül müddəti | 18 ay |
Ticarətə buraxılma tarixi | 14.06.2024 |
Anderrayter | “Unicapital İ.Ş” ASC |