Home » Bakı Fond Birjasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin istiqrazlarının yerləşdirilməsi yekunlaşmışdır

Bakı Fond Birjasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin istiqrazlarının yerləşdirilməsi yekunlaşmışdır

by anar
0 comment 1 views 1 minutes read

3 mart 2023-cü il tarixində Bakı Fond Birjasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) tədavül müddəti 5 (beş) təqvim ili olan AZ2001019341 dövlət qeydiyyat nömrəli, 100,000,000 (bir yüz milyon) ABŞ dolları həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi uğurla başa çatmışdır.

Yerləşdirmə üzrə anderrayterdən daxil olan məlumat əsasında abunə yazılışı zamanı 125 investor tərəfindən 126 sifariş təqdim edilmişdir.

İstiqrazın illik faiz dərəcəsi 6%, faiz ödənişləri ildə iki dəfə, 6 aydan bir olmaqla investorlara ödəniləcək.

Abunə yazılışı üzrə sifarişlərin nominal qiymətlə ümumi məbləği 113,997,000 ABŞ dolları təşkil etmişdir. Bölüşdürülmə nəticəsində istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 100,000,000 ABŞ dolları təşkil etmişdir.

Yerləşdirmə üzrə baş anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.