Home » Bakı Fond Birjasında Birja Üzvləri ilə görüş keçirilmişdir

Bakı Fond Birjasında Birja Üzvləri ilə görüş keçirilmişdir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

12 noyabr 2021-ci il tarixində sayca dördüncü olan Birja Üzvləri ilə Görüş keçirilmişdir. Tədbirdə korporativ qiymətli kağızlar bazarında hazırkı aktivlik, cari ildə baş vermiş mühüm hadisələr və 2022-ci ildə görüləcək işlər barəsində müzakirələr aparılmışdır. Bununla yanaşı tədbirdə kapital bazarı barədə maarifləndirmə görüşlərinin vacibliyi də vurğulanmışdır.

Tədbirdə Paşa Kapital, Unicapital, Azfinance, ABB İnvest, CPM İnvest, İnvest-Az, MFX Trading, PSG Kapital, BTB Kapital, Xalq Kapital investisiya şirkətləri iştirak etmişdir.

Qeyd edək ki, Bakı Fond Birjası tərəfindən birja üzvləri olan investisiya şirkətləri ilə kapital bazarı haqqında məlumatlılığın artırılması, yerli biznes mühitində qiymətli kağız buraxılışı təcrübəsinin aşılanması və fond birjasında listinqin təşviq edilməsi məqsədi ilə mütəmadi olaraq ilə görüşlər keçirir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.