Home » Bakı Fond Birjasında “Emitent Günü” tədbiri baş tutacaqdır

Bakı Fond Birjasında “Emitent Günü” tədbiri baş tutacaqdır

by khayale
0 rəy 2 baxış 1 dəqiqə oxuma

26 oktyabr 2023-cü il tarixində Bakı Fond Birjasınını təşkilatçılığı ilə sayca 3-cü olan “Emitent Günü” tədbiri baş tutacaqdır. “Azərbaycan Respublikası Mərkəzi Bankı”, “Bakı Fond Birjası” QSC, “Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi” və “AzFinance İnvestisiya Şirkəti” QSC iştirak edəcəyi görüşdə emitent olaraq “Finca Azərbaycan” QBKT MMC çıxış edəcəkdir. Tədbir zamanı Azərbaycanda mütəşəkkil kapital bazarının aktiv iştirakçısı olan “Finca Azərbaycan” QBKT MMC bazar barədə öz təcrübəsini görüş iştirakçıları ilə bölüşəcəkdir. Görüş təqdimatçıları da öz növbələrində alternativ maliyyələşmə mənbəyi olan mütəşəkkil kapital bazarlarının imkanları barəsində görüş iştirakçılarını məlumatlandıracaqdır.

Tədbirin məqsədi investorlara və potensial emitentlərə mütəşəkkil kapital bazarının üstünlüklərini çatdırmaqdır. Tədbirdə dinləyici qismində Bakı Fond Birjasının listinqində qiymətli kağızları olan şirkətlər, potensial emitentlər: banklar, bank olmayan kredit təşkilatları, sığorta şirkətləri və digər sahələrdən olan şirkətlər iştirak edəcəkdir. Tədbir kütləvi informasiya vasitələrinə açıq şəkildə həyata keçiriləcəkdir.

Tədbir birjanın inzibati binasında təşkil olunacaqdır.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.