Home » Bakı Fond Birjasında “Emitent Günü” tədbiri baş tutmuşdur

Bakı Fond Birjasında “Emitent Günü” tədbiri baş tutmuşdur

by anar
0 comment 3 views 1 minutes read

9 iyun 2023-cü il tarixində Bakı Fond Birjasınını təşkilatçılığı ilə “Emitent Günü” tədbiri baş tutmuşdur. “Azərbaycan Respublikası Mərkəzi Bankı”, “Bakı Fond Birjası” QSC, “Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi” və “Unicapital İnvestisiya Şirkəti” ASC iştirak etdiyi görüşdə emitent olaraq “Unibank Kommersiya Bankı” ASC çıxış etmişdir. Tədbir zamanı Azərbaycanda mütəşəkkil kapital bazarının aktiv iştirakçısı olan “Unibank Kommersiya Bankı” bazar barədə öz təcrübəsini görüş iştirakçıları ilə bölüşmüşdür. Görüş təqdimatçıları da öz növbələrində alternativ maliyyələşmə mənbəyi olan mütəşəkkil kapital bazarlarının imkanları barəsində görüş iştirakçılarını məlumatlandırmışdır.

Emitentin anderrayteri olaraq təmsil olunan “Unicapital İnvestisiya Şirkəti” ASC öz təcrübəsi, yerli kapital bazarlarının şirkətlər və investorlar üçün yaratdığı imkanlar barədə məlumat təqdim etmişdir.

Tədbirin məqsədi investorlara və potensial emitentlərə mütəşəkkil kapital bazarının üstünlüklərini çatdırmaqdır. Tədbirdə dinləyici qismində Bakı Fond Birjasının listinqində qiymətli kağızları olan şirkətlər, potensial emitentlər: banklar, bank olmayan kredit təşkilatları, sığorta şirkətləri və digər sahələrdən olan şirkətlər iştirak etmişdir. Tədbir kütləvi informasiya vasitələrinə açıq şəkildə həyata keçirilmişdir.

Tədbir birjanın inzibati binasında təşkil olunmuşdur.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.