Home » Bakı Fond Birjasında gender bərabərliyinə həsr edilmiş “Açılış Zəngi” keçirilmişdir

Bakı Fond Birjasında gender bərabərliyinə həsr edilmiş “Açılış Zəngi” keçirilmişdir

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

7 mart 2023-cü il tarixində Bakı Fond Birjasında Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) Azərbaycanın tərəfdaşlığı ilə gender bərabərliyinə həsr olunmuş sayca 3-cü “Açılış Zəngi” mərasimi keçirilmişdir.

Açılış mərasimində Bakı Fond Birjasının rəhbəri Eldar Abdullayev, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi Əməkdaşlıq üzrə regional direktorun müavini Cənab Alberto Hernandez,  BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Artırılması Qurumu Gürcüstan üzrə ölkə təmsilçisi Kaori İşikava, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi beynəlxalq əlaqələr və prokotol xidmətinin konsultantı Zahidə İsrafilova, BMTİP Azərbaycan layihə məsləhətçisi Leyla Fathi,  BMTİP Azərbaycan layihə rəhbəri Aygün Əhmədova, Kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət departamenti əməkdaşı Nilüfər Əliyeva,  Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi korporativ xidmətlər departamentinin rəhbəri Esli Dilbazi, Azərbaycan Mikromaliyyə Assosiasiyası İctimai Birliyinin icraçı direktoru Jalə Hacıyeva, Freedom Finance Azerbaijan biznes prosesləri və layihə meneceri Leyla Qaralova, Accesbank insan resursları üzrə icraçı direktor Nigar Hüseynzadə,  Azfinans İnvestisiya şirkəti beynəlxalq bazarlar departamentini mütəxəssisi Şəms Kərimova və BMTİP global təşəbbüs proqramı olan WEPs proqram eksperti Fidan Qasımova çıxış etmişlər.

Qeyd edək ki, Bakı Fond Birjası 2020-ci ildə BMT-nin Dayanıqlı Fond Birjaları Təşəbbüs Qrupu (UN SSE) və Dünya Birjalar Federasiyası (WFE) ilə əməkdaşlığa başlamışdır və hər il BMT-nin Dayanıqlı Fond Birjaları Təşəbbüs Qrupu və Dünya Birjalar Federasiyası mart ayının ilk həftəsində üzvləri olan birjalar ilə birlikdə “Gender Bərabərliyi üçün Açılış Zəngi” tədbiri həyata keçirdirlər.

Əlavə olaraq bildirmək istərdik ki, fevral ayında Bakı Fond Birjası BMT-nin İnkişaf Proqramı ilə tərəfdaşlıqla “Qadınların səlahiyyətlərinin artırılması prinsipləri” – WEPs (Women Empowerment Principles) təşəbbüsünə qoşulmuşdur və BMT Qadın Agentliyi və BMT Qlobal Sazişinin irəli sürdüyü bu təşəbbüsə Azərbaycanda qoşulmuş 21 şirkətdən biridir.   

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.