Home » “Bakı Fond Birjası”nın Müşahidə Şurasının sədri “Dubai Business Forum 2023” iştirak edib

“Bakı Fond Birjası”nın Müşahidə Şurasının sədri “Dubai Business Forum 2023” iştirak edib

by anar
0 comment 1 views 1 minutes read

“Bakı Fond Birjası” QSC-nin Müşahidə Şurasının sədri cənab Fərid Axundov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində 1-2 noyabr 2023-cü il tarixlərində təşkil olunan Dubay Biznes Forumu 2023 (Dubai Business Forum 2023) tədbirində iştirak etmişdir.

Səfər zamanı cənab Fərid Axundov “Nasdaq Dubai”-ın baş direktoru cənab Hamed Ahmed Ali ilə görüş keçirmişdir. Görüş zamanı “Bakı Fond Birjası” və “Nasdaq Dubai”-ın mövcud və gələcək  fəaliyyət planları müzakirə edilmişdir. Cənab Fərid Axundov və cənab Hamed Ali hər iki qurumun gələcək qarşılıqılı addımları barədə ümumi razılığa gəldilər.

“Dubay Kommersiya Palatası tərəfindən Madinat Jumeirah otelində təşkil ediən  bu tədbir əsasən beynəlxalq ticarət, gələcək investisiya və xarici sərmayələrin formalaşmasına həsr olunmuşdur.

“Dəyişən İqtisadi Güc: Dubay və Qlobal Ticarətin Gələcəyi” mövzusu altında keçirilən iki günlük tədbirin plenar iclaslarında yüzlərlə beynəlxalq şirkət, biznes liderləri, sənaye ekspertləri, investorlar və iqtisadçılar iştirak etmişlər.

Biznes yönümlü forumda yeni biznes prinsiplərinin tədbiqi və tərəfdaşlığın asanlaşdırılması istiqamətində iki innovativ platforma – “The Future Theatre” və “The Deals Hub” platformaları təqdim olunmuşdur.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.