Home » “Bakı Fond Birjası”nın nümayəndə heyəti Türkiyənin İstanbul şəhərinə səfər edib

“Bakı Fond Birjası”nın nümayəndə heyəti Türkiyənin İstanbul şəhərinə səfər edib

by ulviyya
0 rəy 5 baxış 1 dəqiqə oxuma

4-8 mart 2024-cü il tarixlərində “Bakı Fond Birjası”nın Müşahidə Şurasının sədri, İdarə Heyətinin sədri və nümayəndə heyəti İstanbul şəhərinə işgüzar səfər ediblər.

7 mart 2024-cü il tarixində “Bakı Fond Birjası”nın nümayəndə heyəti Türkiyənin fond birjası olan “Borsa İstanbul”-un nümayəndələri ilə görüş keçirib. Görüş zamanı Azərbaycanın kapital bazarının inkişafı istiqamətində təcrübələrin öyrənilməsi və tətbiqi müzakirə olunub, “Borsa İstanbul”-un beynəlxalq əlaqələr, strateji planlaşdırma, insan resurslarının idarə edilməsi, biznesin inkişafı, listinq, informasiya texnologiyaları, üzvlük münasibətləri, audit və nəzarət kimi müxtəlif işçi qrupları ilə təcrübə mübadiləsi aparılıb.

Səfər çərçivəsində “Bakı Fond Birjası”nın nümayəndə heyəti Türkiyənin kapital bazarının digər aparıcı şirkət və qurumları ilə də görüşərək əməkdaşlığın gələcək inkişaf perspektivlərini müzakirə edib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.