Home » Bakı Gəmiqayırma Zavodunun istehsal həcmi artıb

Bakı Gəmiqayırma Zavodunun istehsal həcmi artıb

by anar
0 rəy 0 baxış 1 dəqiqə oxuma

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Qaradağ Sənaye Parkının rezidenti “Bakı Gəmiqayırma Zavodu” MMC-nin istehsal həcmi artıb. Belə ki, 2023-cü ilin I yarısında zavodun istehsal həcmi 8,3 milyon manat təşkil etmişdirsə, 2024-cü ilin I yarısında isə ötən ilin analoji dövrü ilə müqayisədə istehsal həcmi 3 dəfədən çox artmaqla 25 milyon manata çatmışdır.

Hazırda zavodda 722 nəfər daimi işlə təmin edilib.

“Bakı Gəmiqayırma Zavodu” MMC Qaradağ Sənaye Parkında tətbiq edilmiş idxal ƏDV və gömrük güzəştləri nəticəsində 2015-ci ildən indiyədək 73 milyon manatdan çox vəsaitə qənaət edib.

Müəssisə müasir tələblərə cavab verən müxtəlif təyinatlı gəmilərin tikintisi, təmiri və ümumilikdə dəniz və mühəndislik işlərinin yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.