Home » Bakı hava limanı bayramla əlaqədar gücləndirilmiş iş rejiminə keçir

Bakı hava limanı bayramla əlaqədar gücləndirilmiş iş rejiminə keçir

by ulviyya
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il bayramı ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportu bu gündən başlayaraq yanvarın 7-nə qədər sərnişinlərin rahatlığını təmin etmək məqsədi ilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

Məlumata əsasən aeroport sərnişinlərə səyahət zamanı optimal şərait təklif etməklə xidmət keyfiyyətini daim yüksəltməyə çalışır. Tətbiq edilən gücləndirilmiş iş qrafiki sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi, uçuşların vaxtında yerinə yetirilməsi və xidmətin yüksək səviyyədə təqdim edilməsi məqsədi daşıyır.

Bayram günlərində artan sərnişin axınını nəzərə alaraq, mümkün ləngimələrin qarşısını almaq məqsədilə sərnişinlərə uçuşa 3 saat qalmış hava limanına gəlmələri tövsiyə olunur.

Heydər Əliyev Beynəlxalq Aeroportu bütün sərnişinləri qarşıdan gələn bayramlar münasibətilə təbrik edir, parlaq təəssüratlar və təhlükəsiz səyahət arzulayır.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.