2

BBN.az xəbər verir ki, Bakıda ictimai nəqliyyatda istifadə olunan “Bakı Kart”ın operatoru “K Group” MMC-nin direktoru Məmməd Allahverdiyev işdən çıxıb.
Şirkətə rəhbərlik Rüfət Babakişiyevə həvalə olunub.
Xatırladaq ki, “K Group” 2014-cü ildə yaradılıb və şirkətin nizamnamə kapitalı 12,5 milyon manat təşkil edir.




