Home » Bakı metrosu sentyabrda 18 milyondan çox sərnişin daşıyıb

Bakı metrosu sentyabrda 18 milyondan çox sərnişin daşıyıb

by ulviyya
0 rəy 3 baxış 1 dəqiqə oxuma

Bu ilin sentyabr ayında “Bakı Metropoliteni” QSC-dən 18 milyon 343 min 214 sərnişin və yaxud hər gün orta hesabla 611 min 440 sərnişin istifadə edib.

BBN.az quruma istinadən xəbər verir ki, ən çox sərnişin sentyabrın 19-da (768 min 655), ən az sərnişin isə sentyabrın 3-də (355 min 508) daşınıb.

Aylıq daşıma koronavirus (“COVID-19”) pandemiyası elan edilənə qədərki – 2019-cu ilin sentyabr ayı ilə müqayisədə 5,6% az, 2022-ci ilin eyni ayına nisbətən isə 0,1% çoxdur.

2023-cü ilin 9 ayında isə Bakı metrosu 156 milyon 790 min 534 sərnişin daşıyıb. Bu isə 2019-cu və 2022-ci illərin eyni dövrü ilə müqayisədə müvafiq olaraq, 7,6% az və 6,9% çoxdur.

“Sentyabrın 15-dən metroda yeni hərəkət qrafiki tətbiq olunur. Yeni tədris mövsümünün başlaması və fəal istirahət dövrünün başa çatması ilə əlaqədar sərnişin sayı kəskin artıb, yeraltı nəqliyyatdan istifadə edənlərin gündəlik sayı orta hesabla 671 min 815 təşkil edib ki, bu da ay üzrə orta gündəlik sərnişindaşımadan təxminən 60 min çoxdur”, – deyə məlumatda qeyd olunub.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.