Home » Bakı şəhərində strateji ərazilərin yenidən qurulması həyata keçiriləcək

Bakı şəhərində strateji ərazilərin yenidən qurulması həyata keçiriləcək

by Zeyneb
0 comments 3 views 0 minutes read

Bakı şəhərinin Böyükşor gölü ətrafında, Heydər Əliyev və Ziya Bünyadov prospektləri arasında yerləşən ərazilərin, həmçinin Heydər Əliyev adına Neft Emalı Zavodu ətrafında olan ərazilərin dövlət-özəl tərəfdaşlığı modeli çərçivəsində razılaşdırılmış konseptual layihələr əsasında yenidən qurulması nəzərdə tutulur.

Bu barədə Nazirlər Kabinetinin “Bakı şəhərinin sosial-iqtisadi inkişafı istiqamətində strateji əhəmiyyətli şəhərsalma təşəbbüslərinin dəstəklənməsi üzrə İşçi qrupun yaradılması haqqında” sərəncamında qeyd olunub.

Sərəncama əsasən, yaradılmış yeni İşçi Qrupuna tapşırılıb ki, sözügedən ərazilərdə konseptual layihələrin həyata keçirilməsi üçün investisiya qoyuluşuna şərait yaradılsın, investisiya müqavilələrinin şərtləri razılaşdırılsın və digər zəruri tədbirlər görülsün.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.