
Bakıda “Kapital bazarlarına çıxış: 1-ci İnvestor – Mikromaliyyə Forumu” keçirilir.
BBN.az xəbər verir ki, forum Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Kapital Bazarları Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası və Bakı Fond Birjasının birgə təşkilatçılığı ilə baş tutur.
Tədbirin əsas məqsədi kapital bazarları iştirakçıları ilə bank olmayan kredit təşkilatları (BOKT) arasında birbaşa dialoq mexanizmi formalaşdırmaq, həmçinin mikromaliyyə sektorunda mövcud investisiya imkanlarını investorlar üçün təqdim etməkdir.
Forum çərçivəsində regionlarda fəaliyyət göstərən BOKT-lər öz maliyyə göstəricilərini, biznes modellərini və investisiya təkliflərini potensial investorlarla bölüşürlər.
Eyni zamanda, Mərkəzi Bank və digər tənzimləyici qurumların nümayəndələrinin iştirakı sektorda investisiya mühiti, tənzimləyici çərçivə və əsas çağırışların açıq müzakirəsinə şərait yaradır.
Tədbir investorlarla BOKT-lər arasında əməkdaşlığın genişləndirilməsi və konkret investisiya imkanlarının müəyyənləşdirilməsi baxımından mühüm platforma kimi qiymətləndirilir.
Foto: Trend.az





