Home » Bakıda Azərbaycan-Türkiyə Fintex Forumu keçirilib

Bakıda Azərbaycan-Türkiyə Fintex Forumu keçirilib

by anar
0 comment 8 views 1 minutes read

6 sentyabr tarixində Baku Marriott Boulevard otelində Türkiyənin Fintech Innovation Hub şirkətinin təşkilatçılığı, Azərbaycan Fintex Assosiasiyası və Türkiyə Ödəniş və Elektron Pul Təşkilatları Birliyinin tərəfdaşlığı ilə ölkədə ilk dəfə Azərbaycan-Türkiyə Fintex Forumu keçirilmişdir.

BBN.az xəbər verir ki, Forumun məqsədi Azərbaycan və Türkiyə fintex ekosistemlərinin iştirakçıları arasında işgüzar əlaqələrin gücləndirilməsi, potensial əməkdaşlıq imkanlarının dəyərləndirilməsi, həmçinin iki qardaş ölkə arasında digər sahələrdə olduğu kimi innovativ maliyyə texnologiyaları sahəsində də effektiv sinerjinin yaradılmasıdır.

Fintexlərlə yanaşı yerli və xarici maliyyə institutlarının nümayəndələrinin iştirak etdiyi bu forumda hər iki ölkənin aparıcı ekspertləri fintex ekosistemlərinin cari vəziyyəti və inkişaf trendləri, yeni çağırışlar, beynəlxalq ödəniş həllərindən Buy Know Pay Later modellərinə, rəqəmsal ödəniş sistemlərindən maliyyə təhlükəsizliyinə, süni intellektdən blokçeyn texnologiyalarına qədər və s. mövzularda çıxışlar etmiş və müzakirələr aparmışdır.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.