Home » Bakıda Çin şirkətlərinin məhsullarından ibarət sərgi təşkil ediləcək

Bakıda Çin şirkətlərinin məhsullarından ibarət sərgi təşkil ediləcək

by anar
0 comments 0 views 1 minutes read

Sentyabrın 28-30-da Bakı Ekspo Mərkəzində müxtəlif sahələri təmsil edən 100-dən çox Çin şirkətinin iştirakı ilə “Çin şirkətləri və məhsulları sərgisi” təşkil olunacaq.

BBN.az xəbər verir ki, Çin şirkətləri Azərbaycanda topdan alıcılar, tərəfdaşlar və distribütorlar axtarır. Yeni biznes qurmaq, məhsul çeşidlərini genişləndirmək və yeni məhsullar satmaq üçün bu imkandan hər kəs faydalana bilər. Tədbir çərçivəsində Çin şirkətlərinin nümayəndələri ilə birbaşa görüşlər keçirilməsi planlaşdırılır.

Tədbirin təşkilatçıları “Shanghai Kanchen Exhibition Co.LTD” və “International Club of Manufacturers, Exporters and Importers LLC” şirkətləridir.

Qeyd olunub ki, sərgidə iştirak etmək üçün qeydiyyat mütləqdir. Üç gün davam edəcək sərgiyə giriş saat 10:00-da başlayacaq.

Sərgiyə gəliş-gediş üçün metronun “Koroğlu” stansiyasından 3 avtobus təşkil olunacaq.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.