Home » Bakıda iki yolda hərəkət məhdudlaşdırılacaq

Bakıda iki yolda hərəkət məhdudlaşdırılacaq

by Zeyneb
0 comments 2 views 0 minutes read

Bakıda iki yol sahəsində nəqliyyat vasitələrinin hərəkəti qısamüddətli olaraq məhdudlaşdırılacaq.

BBN.az xəbər verir ki, aparılacaq təmir işləri ilə əlaqədar 20 sentyabr saat 08:00-dan 21 sentyabr saat 22:00-dək Yasamal rayonunda aşağıdakı yol sahələrində hərəkət müvəqqəti olaraq tam məhdudlaşdırılacaq:

– Cəfər Cabbarlı küçəsində – A.A.Bakıxanov küçəsindən B.Bağırov küçəsinədək olan hissədə;
– Xarici Dairəvi avtomobil yolunun yan yolunda – Məhəmməd Xiyabani küçəsindən Moskva prospektinədək olan hissədə.

Sürücülərdən və vətəndaşlardan göstərilən tarix və saatlarda qeyd olunan yol sahələrindən istifadə etməmələri və hərəkətlərini alternativ marşrutlar üzrə planlaşdırmaları xahiş olunur.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.