
2025-ci ilin yanvar-iyul aylarında Bakı şəhərində istehlak qiymətləri indeksi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 106,9 faiz təşkil edib. Bu dövrdə qida məhsulları, içkilər və tütün məmulatları üzrə qiymətlər 6,0 faiz, qeyri-qida məhsulları üzrə isə 5,3 faiz artıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri ötən ilin müvafiq dövrünə nisbətən 9,5 faiz bahalaşıb.
Qeyd edək ki, cari ilin I yarımilində Bakıda orta illik inflyasiya 7 faiz səviyyəsində olub. Ümumilikdə isə yanvar-iyul aylarında ölkə üzrə istehlak qiymətləri indeksi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 105,8 faiz təşkil edib.





