Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bakıda ticarət dövriyyəsi 5%-ə yaxın artıb - BBN

Bakıda ticarət dövriyyəsi 5%-ə yaxın artıb

Bu ilin yanvar-iyun aylarında Bakıda ticarət dövriyyəsinin dəyəri 15 milyard 891,1 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 % çoxdur.

Bu barədə Dövlət Statistika Komitəsinin Bakı şəhər statistika idarəsindən bildirilib.

Hesabat dövründə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri ötən ilin müvafiq dövrünə nisbətən 0,6% artaraq 9 milyard 116,8 milyon manata, qeyri-ərzaq məhsullarının dəyəri isə 10,5% artaraq 6 milyard 775,3 milyon manata bərabər olub. İstehlak məhsullarının 36,9 %-i hüquqi şəxs statuslu müəssisələrdə, 48,7%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 14,4%-i isə paytaxtın məhsul bazarlarında satılıb.

Xatırladaq ki, 6 ay ərzində Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 27 milyard 251,2 milyon manat dəyərində, o cümlədən 15 milyard 36,4 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 12 milyard 214,8 milyon manatlıq qeyri-ərzaq malları satılıb. Ötən ilin müvafiq dövrünə nisbətən pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,4%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,9%, qeyriərzaq malları üzrə 5,2% artıb.

Related posts

Milli Ödəniş Sistemləri ilə aparılan əməliyyatların həcmi açıqlanıb

2026-cı ilin I rübündə sığortaedənlərin sayı 2,2 milyon vahiddən çox olub

ROA və ROE əmsalına görə bankların-RENKİNQİ

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı