Home » Bakıda Türkiyə–Azərbaycan Ticarət Heyətinin B2B görüşləri keçiriləcək

Bakıda Türkiyə–Azərbaycan Ticarət Heyətinin B2B görüşləri keçiriləcək

by Aytac
0 comments 0 views 1 minutes read

Fevralın 24-də Bakıda Türkiyə Respublikası Ticarət Nazirliyinin koordinasiyası və Türkiyə İxracatçılar Məclisinin (TİM) təşkilatçılığı ilə Türkiyə–Azərbaycan Ticarət Heyətinin tərkibindəki şirkətlər arasında ikitərəfli işgüzar görüşlər (B2B) keçiriləcək.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Sahibkarlar Konfederasiyasının əməkdaşlığı, həmçinin MÜSİAD Azərbaycanın tərəfdaşlığı ilə keçiriləcək tədbir iki ölkə arasındakı iqtisadi bağları daha da möhkəmləndirmək məqsədi daşıyır.

Görüşlərin əsas hədəfi Türkiyə və Azərbaycan arasındakı mövcud ticarət dövriyyəsinin həcmini artırmaq, yerli və türk iş adamları arasında birbaşa dialoq platforması yaratmaq və yeni, davamlı biznes tərəfdaşlıqlarının təməlini qoymaqdır. Təşkilatçılar Türkiyə-Azərbaycan ticarət münasibətlərində yeni perspektivlər açacaq bu görüşlərdə fəal iştirak etmək üçün bütün maraqlı yerli sahibkarları əməkdaşlığa dəvət edir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.