Home » Bakıda və Lənkəranda abituriyentlər üçün “İxtisas bələdçisi” forumu keçiriləcək

Bakıda və Lənkəranda abituriyentlər üçün “İxtisas bələdçisi” forumu keçiriləcək

by anar
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən “İxtisas bələdçisi” forumu keçiriləcək.

13 avqustda Bakı Biznes Universitetində, 16 avqustda isə Lənkəran şəhər M.Bağırov adına 1 nömrəli tam orta məktəbdə baş tutacaq forumda ixtisas seçimi meyarları, kodlaşdırma zamanı diqqət edilməli məqamlar, prosesin psixoloji aspektləri, ixtisas qruplarına daxil olan əsas istiqamətlər və onların gələcək perspektivləri haqqında ətraflı məlumat veriləcək, peşələr üzrə vörkşoplar təşkil olunacaq.

Tədbirlərdə abituriyentlərlə yanaşı, 9-11-ci sinif şagirdləri və onların valideynləri, müəllimlər, təhsil ekspertləri, karyera məsləhətçiləri də iştirak edə bilərlər.

Əsas məqsəd iştirakçıları müasir əmək bazarının tələbləri barədə məlumatlandırmaq, abituriyentlərin düzgün ixtisas seçimi etmələrinə dəstək olmaqdır.

Bakıda təşkil ediləcək forumda iştirak üçün onlayn müraciət formasını doldurmaq tələb olunur. Seçilmiş iştirakçıların elektron poçt ünvanlarına dəvət məktubu göndəriləcək. Son müraciət tarixi 08 avqustdur.

Qeydiyyat linki: https://forms.gle/piN8AWv3D1QqZSwm8

Lənkəranda baş tutacaq forumda iştirak etmək istəyən şəxslər isə 16 avqust tarixində saat 09:00-da Lənkəran şəhər M.Bağırov adına 1 nömrəli tam orta məktəbə yaxınlaşa bilərlər.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.