Home » BakuBus avtobuslarında NFC, Apple Pay və Google Pay ilə ödəniş tam aktivləşdirildi

BakuBus avtobuslarında NFC, Apple Pay və Google Pay ilə ödəniş tam aktivləşdirildi

by Zeyneb
0 comments 2 views 1 minutes read

Bu gündən Bakı şəhəri üzrə “BakuBus” MMC-yə məxsus bütün avtobus marşrutlarında NFC sistemini dəstəkləyən yerli bank kartları, eləcə də Apple PayGoogle Pay vasitəsilə nağdsız ödəniş mexanizmi tam şəkildə aktivləşdirilib.

BBN.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata görə, yeni sistem çərçivəsində ardıcıl ödəniş imkanları genişləndirilib. Belə ki, sərnişinlər üçün ardıcıl ödəniş əməliyyatlarının sayı 1-dən 2-yə artırılıb. Bu imkan NFC layihəsinin ilkin mərhələsində tətbiq olunur və ilkin nəticələrə əsasən gələcəkdə ardıcıl ödənişlərin sayının artırılması nəzərdə tutulur.

Qeyd edilib ki, yeni ödəniş mexanizmi sərnişinlərə əlavə rahatlıq yaradır. Artıq nağd pul və ya fiziki “BakıKart” daşımağa ehtiyac qalmır. Telefon, ağıllı saat, bank kartı və ya NFC funksiyalı digər cihazlar vasitəsilə ödəniş saniyələr ərzində həyata keçirilir. Bunun üçün cihazı validatora yaxınlaşdırmaq kifayətdir.

Bildirilib ki, avtobuslarda ödəniş zamanı yalnız NFC dəstəyi olan yerli bank kartlarından, həmçinin smartfon və fiziki kartlardan istifadə mümkündür.

Xatırladaq ki, layihənin pilot mərhələsi 20 dekabr tarixində ilk olaraq 500 nömrəli marşrut xəttində tətbiq edilib. NFC ödəniş texnologiyasının digər daşıyıcı operatorların marşrutlarında da mərhələli şəkildə genişləndirilməsi planlaşdırılır.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.