Home » “Bank BTB-dən Mastercardla Hyundai Accent qazan!” adlı lotereyanın qalibi seçildi

“Bank BTB-dən Mastercardla Hyundai Accent qazan!” adlı lotereyanın qalibi seçildi

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

1 iyul 2021-ci il tarixində start verilən “Bank BTB-dən Mastercardla Hyundai Accent qazan!” adlı lotereyanın şanslı qalibi 27.12.2021-ci il tarixində bəlli oldu. Lotereya şərtlərinə əsasən seçim prosesi 5 komissiya üzvünün iştirakı ilə həyata keçirildi. Komissiya üzvləri Fərid İslamov – Banco.az saytının təsisçisi, Zakir Rəhimli – “Sia” agentliyində şöbə rəhbəri, Emin Yusufov – KKM Group şirkətinin direktoru, Təhminə Quliyeva – ABA-da ( Azərbaycan Banklar Assosasiyası) layihələr üzrə mütəxəssis və Elçin Qurbanov – Pro Media Group şirkətinin satış mütəxəssisi idi. Tədbirdə bankın İdarə Heyəti üzvləri və Rəqəmsal departamentinin əməkdaşları da iştirak edirdi.

Lotereyanın qalibi xüsusi kompüter proqramı vasitəsilə təsadüfi seçim üsulu ilə sosial şəbəkədə canlı yayımda seçildi. Belə ki, qalibimiz 1991-ci il təvəllüdlü Yevlax rayon sakini Abdulla Elgün Qəzənfər oğlu oldu. Qeyd edək ki,  01.07.2021-01.12.2021 tarixləri aralığında Bank BTB Mastercardı ilə hər 21 AZN və ondan yuxarı məbləğdə edilmiş ödəniş müştərilərə avtomobili qazanmaq şansı vermişdi.

Bank BTB-nin təşkil etdiyi lotereya və digər kampaniyalar barədə məlumat almaq istəyən şəxslər bankın onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946)  nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli Məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.